“Dərindən üzüldük, məyus olduq…”- DEPUTATLIĞA NAMİZƏDLƏR

Daha iki millət vəkili və deputatlığa namizəd qardaş və dost Türkiyədə xeyli sayda insan ölümünə və böyük dağıntıya səbəsb olum zəlzələ faciəsi ilə Türkiyə dövlətinə və Türk xalqına başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, deputatlığa namizəd Eldəniz Səlimov zəlzələ zamanı baş vermiş dəhşətli dağıntıdan və insan ölümündən üzüldüyünü, kədərləndiyini bildirib.

“Türkiyənin sevinci sevinci, kədəri kədərimizdir. Baş vermiş zəlzələ, dağıntı, insan ölümü hər birimizi dərindən üzdü, sarsıtdı, məyus etdi, kədərləndirdi. Baş vermiş faciə ilə bağlı qardaş və dost Türkiyə dövlətinə, Türk xalqına dərin hüznlə başsağlığı verir, başınız sağ olsun deyir, yaralananlara isə Allahdan şəfa diləyirəm. Allah Türkiyəmizi qorusun!”-deyə, o, əlavə edib.

BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva isə bunları qeyd edib:

“Qardaş Türkiyə dövlətində baş vermiş zəlzələ ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara Uca Tanrıdan şəfa diləyirəm”.

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadənin-SEÇKİ VİDEOÇARXI VƏ…

Read Next

Deputat-ŞAHMAT TAXTASI ARXASINDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir