Daha 13 yeni-YOLUXMA…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 814 261 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 268 nəfərdir.

Ölkədə son sutka ərzində 878, hazırkı dövrədək isə 7 383 253 test aparılıb.

Etikxeber.az

Read Previous

Sülh müqaviləsi üzrə üçüncü şərhlər paketi Ermənistana təqdim edilib-CEYHUN BAYRAMOV

Read Next

Prezident Akarı qəbul etdi-AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ HƏRBİ TƏLİMLƏRİ MÜZAKİRƏ OLUNDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir