Daha 3196 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3196 yeni yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  93 094 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  63 841 nəfər müalicə olunaraq sağalıb, 1131 nəfər vəfat edib, aktiv xəstə sayı 28 122 nəfərdir.

 Ölkədə son sutka ərzində 15 175, hazırkı dövrədək isə 1607 455 test aparılıb.

Etikxeber.az

Read Previous

DTX-nın rəisinin Şuşa şəhərinə xidməti-SƏFƏRİ OLDU

Read Next

“Kabus şəhəri Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq”-Hikmət Hacıyev – Xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlarln rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri-TƏŞKİL OLUNDU – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir