Daha 3469 yeni yoluxma-DAHA 30 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

Etikxeber.az

Read Previous

“Gözün aydın, bütövləşən Azərbaycan, gözün aydın, Möhtərəm Cənab Prezident, Ali Baş Komandan, gözün aydın, dağlar qoynunda övladlarını həsrətlə gözləyən Kəlbəcər!”-FƏZAİL AĞAMALI

Read Next

Əfsanəvi Maradona vəfat etdi-ARGENTİNADA MATƏM ELAN OLUNDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir