Daha 437 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib, aktiv xəstə sayı 8147 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, ötən müddət ərzində isə ümumilikdə 3 425 183 test aparılıb.

Etikxeber.az

Read Previous

Polis tanışı olan qadını tabel silahı ilə öldürdü-SONRA İNTİHARA CƏHD ETDİ

Read Next

“Cənub Qaz Dəhlizi əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək…Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur… “-İLHAM ƏLİYEV – YENİLƏNİB – (1) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir