Daha 438 yoluxma-DAHA 4 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 438 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Etikxeber.az

Read Previous

Milli Məclisin növbəti iclası iyunun 23-də keçiriləcək-17 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK

Read Next

“Ermənistan bu iki ölkə və xalq arasında sıx, yaxın və tarixi əlaqələrdən qorxuya düşür…”-VAQİF ABDULLAYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir