Daha 471 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 471 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 627, ötən müddət ərzində isə ümumilikdə 417 102 test aparılıb.

Etikxeber.az

Read Previous

“Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”-TƏSDİQ OLUNDU

Read Next

“Bütün bunlar Ermənistan adlı qurama dövlətin iki ayaq-terror və irqçilik üstündə dayandığını bir daha təsdiq edir”-MUSA QASIMLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir