Daha bir ölkə Rusiya təyyarələrinin ölkəsinin hava məkanına daxil olmasına-QADAĞA QOYDU

Almaniya hökuməti Rusiya təyyarələrinin ölkənin hava məkanına daxil olmasına qadağa qoyulması barədə göstəriş verib.

Etikxeber.az xarici KİV-lərə istinadən xəbər verir kİ, bu barədə Almaniyanın nəqliyyat naziri Volker Vissinq məlumat verib.

Hazırda məhdudiyyət hazırlanır.

Alman aviaşirkəti “Lufthansa” da Ukraynadakı müharibə səbəbindən dərhal Rusiyaya uçuşlar həyata keçirməyəcəyini bildirib.

Şənbə günündən etibarən bütün uçuşlar növbəti yeddi gün ərzində dayandırılıb.

“Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi bizim üçün ən böyük prioritetdir”– deyə, “Lufthansa” şirkətindən bildirilib.

Etikxeber.az

Read Previous

Daha 1512 yeni yoluxma-DAHA 20 ÖLÜM…

Read Next

Putinlə Əliyev nəyi-MÜZAKİRƏ ETDİLƏR? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir