Daha bir sənətkarı-RAUF BABAYEVİ İTİRDİK….

“Qaya” vokal qrupunun solisti-“Şöhrət” ordenli Xalq artisti Rauf Babayev 83 yaşında vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə APA-ya Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.

İ. Hümbətov R. Babayevin II Fəxri xiyabanda dəfn ediləcəyini deyib. Dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçiriləcək.

Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamalarını tövsiyə edir.

Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə anadan olub. 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü olub. 2001-ci ildən isə “Qaya” Dövlət Ansamblının bədii rəhbəri idi.

Etikxeber.az

Read Previous

MM-in daha bir komitəsinin üzvləri-MÜAYİNƏDƏN KEÇİRİLDİLƏR – YENİLƏNİB

Read Next

Əmək və sosial siyasət komitəsinin üzvləri-TESTDƏN KEÇİRİLDİ, ANALİZ VERDİLƏR- MUSA QULİYEV İSƏ ÇAĞIRIŞ ETDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir