Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tütünlə bağlı qanun layihələri gündəlikdən çıxarıldı
Milli Məclisin (MM) oktyabrın 30-da keçirilən növbəti plenar iclasının gündəliyində dəyişiklik edilib.
Etikxeber.az verir ki, iclasın gündəliyinə 57 məsələ daxil edilsə də, 5 məsələ gündəlikdən çıxarılıb.
Qeyd edək ki, həmin qanun layihələri “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırmanı nəzərdə tuturdu. Ancaq millət vəkilləri tərəfindən bəzi təklifləri ilə bağlı dəqiqləşdirilmələr aparılması üçün qanun layihələri gündəlikdən çıxarılıb.
***
“Sahil bağı” nda repressiya qurbanlarına abidələr qoyulsun- TƏKLİF
Sonra cari məsələlərin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər.
Əvvəlcə çıxış edən deputat Fazil Mustafa ötən əsrin 20-30-cu illərində Stalin repressiyasına məruz qalmış tanınmış Azərbaycan şəxsiyyətləri ətrafında cəmiyyətdə və mediada müzakirələrin aparıldığını qeyd edib.
Deputat qeyd edib ki, hələ də bu məsələdə qaranlıq hallar var: “Bir çox şəxsiyyətlərin məzarları hələ də məlum deyil. Ona görə də bu yöndə müvafiq addımlar atılması lazımdır. Həmçinin hesab edirəm ki, indiki “Sahil bağı” nda Stalin repressiyasına məruz qalmış insanların abidələri qoyulmalıdır”.
Deputat Musa Quliyev Ermənistandan deportasiya edilmiş azərbaycanlılarla bağlı məsələyə toxunaraq, 1988-ci ildən, yəni, sonuncu köçürülmədən 30 il ötdüyünü vurğularaq təklif edib ki, bu deportasiya, onun dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ictimai dinləmələr təşkil edilsin.
Deputat Zahid Oruc isə çıxışında Minsk qrupunun fəaliyyətini kəskin tənqid edərək danışıqlara prosesinə ton vermək üçün yeni bir formatın yaradılmasını təklif edib.
Millət vəkili qeyd edib ki, Danışıqlar Komissiyası adlı format yaradılsın:
“Hesab edirəm ki, bu, danışıqlar prosesinin irəliləməsinə yardımçı ola bilər. Minsk qruouna artıq ehtiyac yoxdur”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az