Daşkəsənli İkinci Vətən Müharibəsi Şəhidi-RÖYAL VERDİYEVİN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, ONUN 29 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Daşkəsən rayonunun İkinci Vətən Müharibəsi şəhidi Röyal Qabil oğlu Verdiyevin ad günüdür.

Röyal Verdiyevun bu gün 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Röyal Verdiyev 1994-cü ilin avqust ayının 17-də Daşkəsən rayonunun Xoşbulaq kəndində dünyaya gəlib.

Ailənin 3 övladından biri, evin tək oğlu olub.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub.

2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb, fəhləliklə məşğul olub.

İkinci Vətən Müharibəsində iştirak edib.

Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşub və Qubadlıda qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 2020-ci ilin dekabr ayının 3-də Daşkəsən rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Ancaq çox təəssüflər olsun ki, bugünədək Röyal Verdiyevə Şəhid statusu verilməyib, ötən 3 il ərzində onun Şəhidlik Haqqı tanınmayıb.

Şəhidliyindən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

O, həm də subay idi.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan verilib.

Ruhuna bir daha dualar oxunub, Cənnətdəki üçüncü doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Adına hazırlanmış tort kəsilib

Eyni zamanda, Şəhid anası Sevda Verdiyevaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

“Şəhid anası” medalı və vəsiqəsi Şəhid anasına jurnalist Kamil Həmzəoğlu və Daşkəsənli digər Şəhid anası tərəfindən təqdim edilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı Daşkəsən rayon Şəhidlər Xiyabanında təşkil edilmiş mərasimdə Şəhidin ailə üzvləri, doğmaları, məktəblilər, Daşkəsən Goranboylu Şəhid ailələri, Qazilər, Daşkəsən rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:23

***

FOTOLAR:

19:23

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusu Ermənistanın Arazdəyən istiqamətindəki mövqelərini atəşə tutmayıb-MN

Read Next

Orden Haqqı hələ də tanınmayan, ailənin tək və subay oğlu olan-GƏBƏDƏYLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HÜSEYN RZAYEVİN OCAĞINI ZİYARƏT… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir