Daxili İşlər Nazirliyi Goranboyda avtobusun aşması barədə məlumat yaydı – FOTO

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudovun idarə etdiyi “İsuzu” markalı avtobus aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 14-ü xəstəxanaya yerləşdirilib. Onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər 3 nəfərin müalicəsi davam edir.

Hadisə ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Etixeber.az

Read Previous

Səbail rayonunda yeni idman və istirahət parkı istifadəyə verildi – FOTOLAR

Read Next

Maskerano klubundan ayrılmaq niyyətindədir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir