Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Milli Şuranın indidən təyin etdiyi mitinqlər qanunsuzdur”.
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Millət vəkili əlavə edib ki, martın 19-a qədər seçkilərin lehinə və ya əleyhinə təbliğat aparmaq qanuna ziddir.
“Bakı Şəhər İcra Hakimiyyətindən tələb etməliyik ki, aydınlıq gətirsin. Milli Şura adlanan bir qurumun seçki təbliğat-təşviqat kampaniyası başlamamış bu cür mitinqlərin keçirilməsinə icazə vermək nə qədər qanunidir? Gözləsinlər, martın 19-dan sonra keçirsinlər. Elə bilərsiniz, mən nədənsə narahatam, xeyir! Sadəcə qanunlara hörməti tələb edirəm”– deyə, Q. Həsənquliyev bildirib.
K. HƏMZƏOĞLU
Etikxeber.az