Deputat QDİƏT PM-in Hüquqi və siyasi məsələlər üzrə komitəsinin sədr müavini seçildi – FOTO

Milli Məclisin (MM) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki (QDİƏT MP) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev oktyabrın 25-26-da Rusiya Federasiyasının Rostov şəhərində keçirilən 50-ci hüquqi və siyasi məsələlər üzrə və 49-cu mədəniyyət, elm və təhsil komitələrinin iclaslarında iştirak edib.

Etikxeber.az xəbər verir ki, E. Quliyev hər iki komitə iclasında çıxış edib. O, iclas iştirakçılarına Azərbaycanda gənc ailələrə dövlət dəstəyi proqramlarının həyata keçirilməsi və digər sosial məsələlər, bu sahədə həyata keçirilən islahatlar haqqında məlumat verib. E. Quliyev səs çoxluğu ilə QDİƏT PM-in hüquqi və siyasi məsələlər üzrə komitəsinin sədr müavini seçilib. Seçkilər zamanı onun namizədliyi yekdilliklə dəstəklənib.

Komitə iclaslarından sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri E. Quliyev, QDİƏT PM-in baş katibi Asəf Hacıyev, Rostov vilayətindən deputatlar, Azərbaycanın Rostovda fəaliyyət göstərən diasporunun nümayəndələri Taqanroq şəhərində Azərbaycan dövləti tərəfindən restavrasiya olunmuş, 416-cı diviziyaya həsr edilmiş abidə-park kompleksini ziyarət ediblər.

KAMİL

Etikxeber.az

Read Previous

Daha bir tanınmış yazardan Terminologiya Komissiyasına ETİRAZ

Read Next

“Cavid yaradıcılığına yenidən nəzər salınmalı, əlyazmaları daha dərindən tədqiq edilməlidir…” – AKADEMİK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir