Deputat seçicilərinə-SƏSLƏNDİ, 2 AYLIQ MAAŞINI BÜTÜNLÜKLƏ İMKANSIZ AİLƏLƏRƏ YÖNƏLDƏCƏYİNƏ SÖZ VERDİ

Millət vəkili Elşən Musayev öz sosial şəbəkə hesabında seçicilərinə müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Bu dəfə statusum üzərindən sırf sizlərə ünvanlanıram.

Karantin rejiminin sərt qaydaları canlı ünsiyyətdə problemlər yaratsa da daimi əlaqələrimiz qalır, tərəfimizdən operativ məlumatlar alınır və fəaliyyətimizə davam edirik. Dəyəri seçicilərim!Hesabat xarakterli bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirəm.

1) Məlumunuz olsun ki, Gözbarax kəndində həssas məqamla bağlı mənə dərhal məlumat verildi. Əlaqədar insanlarla kontakta keçdim. Şübhəli xəstə qismində Balakənin mərkəzləşmiş xəstəxanasına yönləndirilən seçicim haqda davamlı informasiyalar aldım. Baş həkimlə dəfələrlə telefon əlaqəsi saxladım. Şükür, sonucda nəticələr neqativ çıxdı. Əziz dostumuz virus daşıyıcısı deyilmiş. Amma bilin ki, proses boyunca bütün hərəki istiqamətlər nəzarətimizdə olub

.2) Mamrux kəndində kiçik bir anlaşılmazlıq vardı. O da aidiyyatlı insanların köməyi ilə həll olundu. Kənd camaatından çox razıyam. Əsas da mənə təşəkkür ünvanlayan insanlara yüz qat daha artıq təşəkkürü şəxsim adından edirəm.

3) Təbliğat dövründə gözdən əlil bacımızla şəkil paylaşmışdım. Ən son getdiyim ünvan həmin ev idi. Ailəyə söz vermişdim ki, seçki bitər-bitməz gözəl bacımızın əməliyyatı üçün əlimdən gələn köməyi əsirgəməyəcəm. Sözümü tutdum. Əlimdən nə gəlirsə etdim. Artıq 18 yaşlı xanım əməliyyat olunub. Gözləri ilk dəfə görür. Valideynlərini görür. Ətrafını görür. Mənimlə çəkdirdiyi şəkili görür… Şükür bu günə. Tanrı hamının köməyi olsun.

4) Yuxarı Tala kəndində onkoloji xəstə olan dostumuza da seçki vaxtı baş çəkmişdim. Ona sözüm bu olmuşdu ki, mart ayında bütün müalicə xərclərini mən qarşılayacam və aprel ayında xeyriyyə aksiyası təşəbbüsü ilə çıxış edərək səni xarici ölkələrdən birinə müayinəyə göndərəcəm. Ilk sözümü tutdum, müalicə xərcləri ödəndi. Amma çox təəssüf ki, ikinci arzunu reallaşdırmağa ömür vəfa etmədi, qardaşımızı əcəlin əlindən ala bilmədik. Və bir neçə gün bundan öncə o vəfat etdi. Çox üzgünəm. Allah rəhmət eləsin. Ruhu şad olsun.

5) Sirağa gün Muxax kənd sakini ağır avto-qəza səbəbi ilə Bakı Şəhərinə, Travmataloji mərkəzə yönləndirilmişdi. Ağır öskürək və hərarət səbəbilə mərkəzə yerləşdirilməsində problem vardı. Dərhal məsələyə müdaxilə etdim, ilk öncə xüsusi boksa salındı, ilkin yardım edildi, koronavirusla bağlı yaxma götürüldü, 1 sutka nəzarətdə qaldı. Nəticələr neqativdi, qardaşımızın heç bir problemi yoxdur, bildiyim qədərilə qəzada aldığı travmaları ilə bağlı da müalicə davam edir. 5 dəfə həkimi ilə danışmışam. Bu gün yenə danışacam. Allah qardaşımızın şəfasını versin

.6) Eyni zamanda Muxaxda su problemi ilə bağlı məlumat verilib. Online müraciət gözləyirəm ki, rəsmi sorğu göndərə bilim. Nümayəndələrimə tərəfimdən tapşırıq verilib. Tez bir zamanda məsələnin həllinə ümidliyəm.

7) Kürdəmir kəndindəki “məktəb mövzusu”, Bəhmədli kəndindəki baxca, telekomunikasiya problemləri nəzarətimdədir. Əlaqədar şəxslərlə danışılıb. Tez bir zamanda rəsmi müraciət ünvanlanacaq və mən də statusumun verdiyi imkanlar çərçivəsində müsbət nəticəyə doğru hərəkət edəcəm.

8) Aşağı Tala kəndində baxcalarla bağlı məsələnin detalları öyrənilir. Təfsilatlar tam aydın olan kimi ilkin addımlar atılacaq.

9) Köməkçimə tapşırıq vermişəm ki, rayonda imkansız ailələrin siyahısı hazırlansın. 2 aylıq maaşımı bütövlükdə onların məişət problemlərinin həllinə yönəldəcəm.

10) Hər gün qrafik üzərindən 3 kəndlə əlaqələr yaradılır və problemlər öyrənilir.

***

Tanrı əziz seçicilərimi, çox dəyərli Zaqatala əhlini və onların timsalında bütün xalqımızı qorusun! “

Etikxeber.az

Read Previous

“Koronavirusun yaratdığı fəsadlar kifayət qədər ciddidir, ona görə də…”-VİTSE-SPİKER

Read Next

Elçin Mirzəbəylidən “ASAN”-ın sədr müavininə-“ÇƏTİN” SUALLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir