Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Dini etiqad azadlığı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlara dəyişikliklər edilir.
Etikxeber.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin oktyabrın 12-də keçirilən iclasında məlumat verilib.
İclasda qeyd edilib ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilməsi nəzərdə tutulan yeni əlavəyə əsasən, dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir. Bundan başqa, dini ekstremist fəaliyyətlə məşğul olma da dini qurumun ləğv edilməsi hallarına aid ediləcək.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklərin edilməsi üçün hazırlanan yeni layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Layihəyə əsasən, dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Etikxeber.az