Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayıb.
Etikxeber.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyanın ilk günündə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə dair dinləmələr keçiriləcək.
Dinləmələrdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edəcək.
Sessiya çərçivəsində iyunun 25-də 5 ildir ki, Ermənistan tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə həsr edilmiş dinləmələr olacaq.
Yay sessiyasında səlahiyyətlər və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinə dair müzakirələr diqqət mərkəzində olacaq.
Həmçinin 70 illik yubileyini qeyd edən Avropa Şurasının yeni Baş katibi seçiləcək, Fransanın Avropa işləri üzrə dövlət katibi Nazirlər Kabinetinin məlumatını təqdim edəcək.
Bundan başqa, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Susanın çıxışı gözlənilir.
Yay sessiyasında qadınlara, uşaqlara qarşı zorakılıqla mübarizəyə, gender bərabərliyinə dair birgə müzakirələr aparılacaq. Uşaq alverinə, onların cinsi istismarına dair BMT-nin xüsusi məruzəçisinin hesabatı dinləniləcək.
Həmçinin Suriyadakı vəziyyət, Bolqarıstanla monitorinq sonrası dialoq, eləcə də Avropa Şurasının büdcəsi məsələlərinin müzakirəsi gözlənilir.
Etikxeber.az