“Dövlət başçısının da dediyi kimi, ərazi bütövlüyümüz danışıqların predmeti olmayacaq” – DEPUTAT

Bu gün ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Dövlət başçımız iclasda giriş və yekun çıxışları etdi. Hər iki çıxışda da cox ciddi mətləblərə,  dövlətimiz, cəmiyyətimiz üçün ciddi məsələlərə toxunuldu, ölkəmizin indiki durumu və gələcək inkişaf istiqamətləri, prioritetləri, Ermənistan-Azərbaycan münaqişəsi, dünyada, ətrafımızda baş verənlərlə bağlı çox əhəmiyyətli mesajlar səsləndirildi. Hesab edirəm ki, bu iclas öz əhəmiyyətinə görə, çox mühüm sosial, ictimai-siyasi hadisə olmaqla yanaşı, həm də gələcək inkişafımıza mütləq şəkildə töhfə verəcək bir iclasdır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov qeyd edib.

O, bildirib ki, bu ilin doqquz ayının yekunlarına görə, Ümumi Daxili Məhsul (ÜDM) 0,8 faiz artıb, qeyri-neft sektorunda artım isə 1 faiz təşkil edib.

Millət vəkilinin sözlərinə görə,  eyni zamanda, ölkədə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb və bu göstərici ölkə prezidentinin də vurğuladığı kimi,  “Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir”.

E. Səlimov qeyd edib ki, 9 ayın yekunlara əsasən, ölkədə  kənd təsərrüfatı  4,3 faiz artıb.

Millət vəkilinin qeyd etdiyinə görə, həmçinin, inflyasiya cəmi 2,6, əhalinin gəlirləri isə 9,5 faiz təşkil edib:

“Dövlət başçımızın da iclasda bəyan etdiyi kimi, bu, onu göstərir ki,  gəlirlər inflyasiyanı üstələyir.

musa-ilya

musa-ilya-1

“İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir”-deyən dövlət başçımız bununla yanaşı bildirdi ki,  bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub və  sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub.

“Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir. Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir”-deyə, qeyd edən ölkə prezidenti sözlərinə davam edərək onu da bildirdi ki, doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb,  o cümlədən, ixrac da təxminən bir o qədər artıb. İclas zamanı o da qeyd edildi ki, qeyri-neft ixracı isə təxminən 14 faiz artıb, 85 min daimi iş yeri açılıb.

eldeniz salimovvv

Sonra bildirildi ki, ilin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək  ki, ümumən bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur. Bundan savayı,  yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək.  Dövlət başçısı çıxışında bununla bağlı qeyd etdi ki,  bu zavoda çox böyük sərmayə – 6 milyard dollardan çox vəsait qoyulub.

“Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni, həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılmışdır və bu proses davam etdiriləcək”-deyən cənab prezident bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışına da toxunaraq, qeyd etdi ki,  Dəhlizin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur.

O, “Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq”-deyərək, fikirlərini tamamladı.

Bunlar özü onu bir daha sübut edir ki, Azərbaycanda hər bir sahədə inkişaf sözlərlə, vədlərlə, quru rəqəmlərlə deyil, konkret faktlarla, əməli fəaliyyətlərlə təsdiqini tapır. Azərbaycan dövləti, Azərbaycan hökuməti, ən əsası, dövlət rəhbəti nəyi deyirsə, nəyi bəyan edirsə, nəyi hədəflyirsə, ona da əməl edir, onu reallaşdırır. Doqquz ayın yekunları ilə bağlı iclas və orada cənab prezidentin səsləndirdiyi məqamlar bunun növbəti və əyani sübutudur. Necə deyərlər, görünən kəndə bələdçi nə lazım?! Hər şey ortada, göz önündədir. Azərbaycan bölgənin, regionun lider dövləti olaraq qalmaqdadır və bu liderliyini də kimsəyə vermək niyyətində deyil”.

Millət vəkili eyni zamanda bildirib ki, dövlət başçısı çıxışında hər zaman olduğu kimi, növbəti dəfə Ermənistan-Azərbaycan konfliktinə, o cümlədən,  Qarabağ münaqişə ilə bağlı danışıqların indiki mərhələsinə  toxunub və Ermənistan tərəfinin cəhdlərinin nəticə vermədiyini, danışıqların formatının dəyişməz olaraq qaldığını bəyan edib:

“Dövlət başçısı bildirdi ki, bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır, iki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir.

Ölkə prezidenti “Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq”-deyərək, ümid etdiyini də bildird ki,  Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq.

Hesab edirəm ki, bunlar Ermənistan rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır, onlar bilməlidir ki, gec-tez sülhə gəlməli olacaqlar, xoşluqla olmasa, zorla Azərbaycanla sülh masası arxasında əyləşəcəklər Çünki onların Azərbaycanla anlaşmaqdan, sülhə razılaşmaqdan, işğal olunmuş ərazilərdən geri çəkilməkdən savayı yolları yoxdur. Digər yol onların məhvi, uçurumudur və seçim onlarındır…”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

 

Read Previous

Deputat Tunisin xarici işlər nazirinə nə sual etdi?

Read Next

Saat 23-dən sonra işləyən kafeləri cərimələmək təklif olunur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir