Eks “525”-çi – MAHİR ASLANOVUN “DAİRƏSİ”NDƏN DEPUTATLIĞA NAMİZƏD OLDU

“Kaspi” qəzetinin əməkdaşı (keçmiş “525”-çi), tanınmış jurnalist Rufik İsmayılovun namizədliyi qeydə alınıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə onun məlumat yayıb.

Qeyd edob ki, namizədliyi bu gün  96 saylı Goranboy-Naftalan Seçki Dairəsi tərəfindən rəsmən qeydə alınıb.

“Beləliklə daha bir mərhələni uğurla keçdik. Namizədliyimin təsdiqlənməsi üçün mənə imza verən, mənəvi dəstək olan, xeyir-duasını əsirgəməyən bütün goranboylulara, o cümlədən şəxsimə qarşı yalnız hörmət gördüyüm DSK üzvlərinə dərin minnətdarlığımı bildirirəm. İndi növbəti mərhələləri uğurla başa vurmaq üçün çalışmaq gərək. Hər bir halda Vətənə, dövlətə, xalqa, millətə xeyirli-uğurlu olsun! Digər namizədlərə də uğurlar arzulayıram!”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, həmin  dairəni hazırda bitərəf millət vəkili Mahir Aslanov təmsil edir.

O, növbəti-3-cü dəfə seçkilərə qatılmaqdan imtina edib.

Yeni Azərbaycan Partiyası (YAP) isə o dairədən adı geniş ictimaiyyətə tanış olmayan Anar İlyas oğlu Məmmədovun namizədliyini irəli sürüb.

Həmkarımıza uğurlar olsun!

Etikxeber.az

Read Previous

Deputat “Könüllülər İli”ndən-DANIŞDI

Read Next

5-ci dəfə seçilərə qatılan-BAXCP SƏDRİNİN NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir