Elm və təhsil komitəsi 5 qanuna dəyişikliyi-MM-İN PLENAR İCLASINA TÖVSİYƏ ETDİ…

İyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirildi. 

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə bir məsələ daxil edilib.

Qanun layihəsi “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. 

Adıçəkilən qanuna əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılıb. Bununla da dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” qanunla  müəyyən edilmiş qaydada lisenziya almalıdır. 

Bildirildi ki, “Dövlət qulluğu haqqında” Qanuna təhsil müəssisəsi və təhsil pilləsi ilə bağlı təklif olunan dəyişiklik isə dəqiqləşdirmə məqsədi daşıyır.Sonra komitə üzvləri gündəlikdəki məsələni yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə etdilər.

 Onlayn iclasda komitə üzvləri Musa Qasımlı, İsa Həbibbəyli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Şahin Seyidzadə Fatma Yıldırım iştirak edirdilər.

Gündəlikdəki məsələnin müzakirəsi yekunlaşdıqdan sonra komitə sədri koronovirusla mübarizədə deputatları daha diqqətli olmağa, özlərini və yaxınlarını qorumaq üçün pandemiya rejiminin tələblərinə həssas yanaşmağa çağırdı.

Bununla da Milli Məclisin Elm və təhsil komitəsinin iclası başa çatdı.

Etikxeber.az

Read Previous

“Paşinyan hökuməti gərgin duruma nəzarəti önəmli ölçüdə itirib və ölkə, məntiqi şəkildə, xaosa sürüklənir…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

Prezidentin köməkçisi Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı-AÇIQLAMA VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir