Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Əlimərdanov Hafiz Mütəllim oğlu, Həsənov Arif Həsən oğlu və İbrahimov Hikmət Camal oğluna “Əməkdar elm xadimi”, Abdullayev Elmar Şahmar oğluna isə “Əməkdar mühəndis” fəxri adı verilib.
İlham Əliyev həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Əliyeva Leylufər İmran qızı
Hacıyev Arif Şahmalı oğlu
Məmmədbəyli Eldar Hüseynqulu oğlu
Səidova Adilə Atakişi qızı
Süleymanov Samir Süleyman oğlu.
Azərbaycan Prezidenti eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Abbasov Vaqif Məhərrəm oğlu
Məmmədyarov Məhərrəm Əli oğlu
Rüstəmov Musa İsmayıl oğlu.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov azərbaycanlı alim, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.
O, 2014-cü ildə “Şərəf” ordeni ilə təltif olunub.
Etikxeber.az