“Elnur çox Qəhrəman, çox Qorxmaz, çox Cəsur bir oğul, övlad idi…Heç nədən qorxmur, çəkinmirdi…Qorxu nədir bilmirdi…”-SİYƏZƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN BEŞ ÖVLADINDAN BİRİ, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ELNUR QAFAROVUN ANASI GÜLBACI QAFAROVA – FOTOLAR

Elnur Mirzəxan oğlu Qafarov…

Siyəzənli, 1981-ci il doğumlu…

Peşəkar hərbçi, MAXE…

Aprel döyüşləriİkinci Qarabağ Savaşının iştirakçısı…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi…

***

Elnur Mirzəxan oğlu Qafarov 1981-ci ilin 21 dekabr tarixində Siyəzən rayonunda sadə bir ailədə-neftçi ailəsində dünyaya gəlib…

Ailənin beş övladından biri, üç qardaşdan biri olub…

Orta məktəbi bitirdikdən bir müddət sonra-19 yaşında həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb, uzun müddət sürücülüklə məşğul olub…

Xaçmaz rayonundan olan Arzu adlı xanımla ailə həyatı qurub…

2009-cu ildə oğlu Pərviz, 2012-ci ildə qızı Gülay dünyaya gəlib…

Hazırda oğlu 8-ci, qızı isə 5-ci sinifdə oxuyur…

2013-cü ildən isə həyatını Ordu, hərb ilə bağlayıb…

MAXE kimi fəaliyyətə başlayıb, Baş çavuş rütbəsini daşıyıb…

2018-ci ildə atasını itirib…

2016-cı il Aprel döyüşlərinin və tarixi İkinci Vətən Müharibəsinin iştirakçısı olub…

İkinci Qarabağ Savaşı zamanı şərəfli döyüş yolu 20 gün çəkib…

Müharibə zamanı-oktyabrın 2-də bir neçə saatlıq evinə-ailəsinə baş çəkib…

Axırıncı dəfə isə ailəsi ilə oktyabrın 16-da, səhər saatlarında danışıb…

Üstündən heç bir saat keçməmiş yaxın qohumları olan Siyəzənli Şəhid Qardaşağa Cəbiyev zəng edib və qardaşına Elnurun Hadrutda Şəhid olduğunu deyib…

Nəşi bir gün, 17 oktyabr tarixində, Siyəzən qəbiristanlığında, atasının yanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Ailəsi isə Elnurun həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

Qeyd edək ki, Şəhidin xalası oğlu-Bakılı, Qalalı, Azərbaycan Ordusunun Əsgəri olmuş Mübariz Kamilov da Şəhiddir…

O, 2006-ci ildə Naxçıvan Muxtar Respublikasınsa Şəhid olub…

***

Bu gün axşam saatlarına yaxın Şəhidsevərlər-“Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov, Şəhidin xalası oğlu Rza Mahmudov və Anar Sərdarovla birlikdə Şəhidin ailəsini, Siyəzəndəki ocağını ziyarət etdik…

Şəhidin ailəsinə, anası Gülbacı Qafarovaya Allahdan səbr və dözüm dilədik…

“Həm Elnurun, həm Mübarizin, həm də Qardaşağanın məkanları cənnətlik, ruhları şad olsun!”-dedik…

Hər üçünün və cəmi Şəhidlərin ruhları qarşısında baş əydiyimizi dilə gətirdik…

Sonra Gülbacı xanımla söhbətləşdik, dərdləşdik…

Gülbacı xanımın dediklərindən:

“Elnur çox Qəhrəman, çox Qorxmaz, çox Cəsur bir oğul, övlad idi…Heç nədən qorxmur, çəkinmirdi…Qorxu nədir bilmirdi… Elə bu Qorxmazlığına, bu Cəsurluğuna görə də hərb yolunu seçdi, Vətəni yolunda canını fəda etdi, Şəhid oldu…”

Ziyarət zamanı həmçinin, “Odlar yurdu” qrupunun üzvü Azər bəy qrupun və tanınmış iş adamı Mübariz Mənsimovun adından “Xarıbülbül” simvolunu Şəhidin qızı Gülay Qafarovaya təqdim etdi…

Şəhidin ailəsi də bu nəcib addıma görə “Odlar yurdu” qrupuna və Mübariz Mənsimova öz minnətdarlığını ifadə etdi…

Məqamı uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı-PAYLAŞIM ETDİ

Read Next

Xocalı soyqırımından-32 İL ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir