“Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Avropa Parlamentinin hər üç Cənubi Qafqaz Respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin birlikdə Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı hər şeydən öncə bu təşkilatın beynəlxalq hüquqa və bu hüquqda təsbit edilmiş dövlətlərin ərazi bütövlüyü prinsipinə obyektiv və ədalətli yanaşması kimi başa düşülməlidir.

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında parlamentin komitə sədrinin müavini Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu mövqe həm də digər beynəlxalq təşkilatlar, ilk növbədə, ATƏT –in Minsk qrupu üçün nümunə olmalıdır:

“Məsələ ondadır ki, Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər həm də mövcud nəqliyyat-kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçün isə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir. Bu cür davranış əsla qəbul edilə bilməz. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bəyanatında da bu məsələ önə çəkilərək Azərbaycanın ərazi bütövlüyünə vurğu edilir. Eyni zamanda, bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məsələdir”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan öz torpaqlarının uzun müddət işğal altında qalmasına əsla dözməyəcək və mütləq qətiyyətli addımlar atacaq:

“Nəticəni isə proqnozlaşdırmaq o qədər də çətin deyil, çünki hamıya yaxşı məlum olan Aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var. Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır. Əgər Ermənistan yeni nəqliyyat kommunikasiyası yaratmaqla işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirərək beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq istəyirsə, kökündən səhv edir. Çünki Azərbaycan buna heç vaxt yol verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun mütləq bərpa edəcək” .

Etikxeber.az

Read Previous

“Polisi ictimaiyyətin gözündən salmaq üçün xüsusi bir hərəkat başlatmaq, onu tirajlamaq, şəbəkəli fəaliyyət üzərindən nəticələr çıxarmaq və sözügedən adamları qəyyumluğa alaraq, onların üzərindən insan haqlarının durumu haqqında əsatirlər qurmaq çox yanlışdır”-ZAHİD ORUC SON GÜNLƏRİN HADİSƏLƏRİNDƏN DANIŞDI

Read Next

“Onun yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı…”-EKS-DEPUTATIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir