“Ermənilərin yolu kəsildi, bizim yolumuz açıldı…”-QUBAD İBADOĞLU

ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha təsdiq edərək, 296 saylı düzəlişi qəbul edilib. Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində həlak olmuş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir. Qəbul olunmuş sənəd birmənalı olaraq, Azərbaycanın xeyrinədir.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış siyasətçi və iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, birincisi, ABŞ son 2 ildə Ermənistana, xüsusən də Dağlıq Qarabağ ermənilərinə olan yardımları minimumlaşdırıb, Azərbaycana hərbi yardımlar edir.

“Qəbul olunmuş imkan verir ki, bundan sonra Dağlıq Qarabağ azərbaycanlıları münaqişədən əziyyət çəkmiş köçkünlər kimi tanınsınlar və onlara da ABŞ qanunvericiliyinə uyğun yardım edilsin. Bir sözlə ABŞ Dağlıq Qarabağ ermənilərinə yardımı dayandırıb, Dağlıq Qarabağ azərbaycanlılarına yardım etmək üçün hüquqi baza formalaşdırır. Buna sevinmək lazımdır. Xalqımızı və bu işdə az da olsa əməyi olan ADR Hərəkatını da təbrik edirəm. Xatırladım ki, ADR Hərəkatı bununla əlaqədar olaraq ABŞ nümayəndələr palatasının üzvlərinə müraciət məktubu göndərmiş və onlara ermənilərin təklif etdiyi düzəlişə səs verməməyə çağırmışdı. Bu o deməkdir ki, ermənilərin yolu kəsildi, bizim yolumuz açıldı”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür…

Read Next

“Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib…”-NİCAT MÜSLÜMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir