Fəxri adlara görə aylıq təqaüdün məbləği artırıldı-PREZİDENTDƏN NÖVBƏTİ SƏRƏNCAM

Fəxri adlara görə verilən aylıq təqaüd artırılır.

Etikxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Fəxri adlara görə aylıq təqaüdün məbləği Xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 150 manatdan 180 manata, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot, Əməkdar tibb işçisi üçün 100 manatdan 120 manata qaldırılır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

Elm sahəsində fəaliyyət göstərmiş pensiyaçılara verilən Prezident təqaüdü qaldırıldı-FƏRMAN

Read Next

MM-in iclası: FATMA YILDIRIM BƏRDƏNİN KANALİZASİYA PROBLEMİNDƏN DANIŞDI, QÜDRƏT HƏSƏNQULİYEV YENİ İNSTİTUT YARADILMASI TƏKLİFİ İLƏ ÇIXIŞ ETDİ, BİRİNCİ VİTSE-PREZİDENT VƏ VİTSE-PREZİDENTLƏRƏ ÖMÜRLÜK DİPLOMATİK PASPORT VERİLƏCƏK, SABİR RÜSTƏMXANLININ TƏKLİFİ DƏSTƏKLƏNDİ – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir