Fəzail Ağamalı pensiya yaşının qadınlar üçün 55, kişilər üçün 60 yaş-MÜƏYYƏN OLUNMASINI TƏKLİF ETDİ

Azərbaycanda pensiya yaşı qadınlar üçün 55, kişilər üçün 60 yaş olmalıdır.

Etikxeber.az xəbər verir ki, bu təkliflə parlamentin bugünkü iclasında millət vəkili Fəzail Ağamalı bildirib.

O, qeyd edib ki, Azərbaycanda insanlar əsasən 25 yaşından işləyir və 40 ildən sonra pensiyaya çıxırlar.

“Pensiyaya çıxdıqdan sonra isə uzağı 5-10 il pensiya alırlar. Burada ədalət hanı?! Ona görə hesab edirəm ki, bu ədalətsizlik aradan qaldırıılmalı, pensiya yaşı aşağı salınmalı, qadınlar üçün 55 yaş, kişilər üçün 60 yaş müəyyən olunmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 63 yaş müəyyən edilsin”-ƏLİ MƏSİMLİ

Read Next

“Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var…”-QÜDRƏT HƏSƏNQULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir