Bu gün Sakit okeanda, Fici adalarından şərqdə 7,2 bal gücündə zəlzələ baş verib.
Etikxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Ficinin paytaxtından 280 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Etikxeber.az