Fici adaları yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verdi

Bu gün Sakit okeanda, Fici adalarından şərqdə 7,2 bal gücündə zəlzələ baş verib.

Etikxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Ficinin paytaxtından 280 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Etikxeber.az

Read Previous

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Read Next

“Neftçi” klubu çilili yarımmüdafiəçi ilə müqavilə bağladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir