“Formula 1” günlərində Bakı metrosunun iş qrafiki 2 saat uzadılacaq-RƏSMİ

“Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı metrosunun iş qrafiki 2 saat uzadılacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

Bildirib ki, Bakıda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

O, “Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək. Həmin tarixlərdə qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq”-deyə, əlavə edib.

Etikxeber.az

Read Previous

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsində -AZƏRBAYCAN BAYRAĞI UCALDILDI…

Read Next

“Laçın yolunun bağlı olması ilə bağlı Kanada tərəfinin iddiasının heç bir əsası yoxdur…Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir