Fuad Məmmədov getdi-ONUN YERİNƏ NAZİM OSMANOV GƏLDİ – SƏRƏNCAM

Müdafiə nazirinə yeni müavin təyin edilib.

Etikxeber.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

General-leytenant F. Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb (APA).

Etikxeber.az

Read Previous

“Korrupsiya əməlləri, cinayətlər araşdırılarsa, həqiqətlər üzə çıxarsa, o zaman çoxları gərək siyasətdən gedə və təcrid oluna, çoxlarının yeri həbsxanalar ola…”-MİLLƏT VƏKİLİ

Read Next

“Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki…”-XİN-DƏN NÖVBƏTİ BƏYANAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir