Gəncədə “Musa Quliyev – O, Sizin səsinizdir” filminin-TƏQDİMATI OLDU – FOTOLAR

Gəncənin Şeyxzamanlı qəsəbəsində Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Musa Quliyevin seçicilərlə növbəti görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, geniş tərkibdə keçirilən bu görüşdə Musa Quliyevin parlament fəaliyyəti, qanun yaradıcılığı sahəsində gördüyü işlər, beynəlxalq təşkilatlarda göstərdiyi fəaliyyət və Gəncədən olan seçiciləri ilə görüşləri barədə məlumatları əks etdirən hesabat xarakterli filmin təqdimatı keçirilib.

Film seçicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Gəncə ziyalıları, alimlər, Qarabağ müharibəsi veteranları, əmək veteranları, seçicilər Musa Quliyevin xidmətlərindən danışmış, onun sonrakı fəaliyyətində də, qanun yaradıcılığı sahəsində, Gəncənin inkişafı naminə daha önəmli işlər görə biləcəyinə əminliklərini ifadə ediblər.

Eyni zamanda, görüşdə YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü, Nəsimi rayonu Ağsaqqallar Şurasının sədri Aydın Heydərov çıxış edərək, Musa Quliyevi YAP-ın yarandığı ilk günlərdən etibarən yaxından tanıdığını, onun, dövlətçiliyə sadiq biri olduğunu vurğulamış və bütün seçiciləri hakim partiyanın namizədlərinə səs verməyə dəvət edib.

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə duman olacaq-SABAH

Read Next

“Əllərin gərək həmişə onların nəbzində ola…” – RAFAEL HÜSEYNOV YAZDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir