Gənclər və idman komitəsi Mədəniyyət Nazirliyinin “Evdə Qal, Evdə Yarat”-TƏŞƏBBÜSÜNƏ QOŞULDU…

Milli Məclisin (MM) Gənclər və idman komitəsi Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulur.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə adıçəkilən komitənin sədri, vitse-spiker Adil Əliyev məlumat verib.

“Məlumat üçün bildirirəm ki, Milli Məclisin Gənclər və İdman Komitəsi Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə dəstək verərək yaradıcı bacarığı və xüsusi istedadı olan gəncləri bu aksiyaya qoşulmağa dəvət edir.Artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulub.Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsini posta işarələməklə paylaşır. Həmçinin, yaradıcılığı ilə virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirir.Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq. Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva da-HESABAT VERDİ…

Read Next

MM-in komitə sədri-QANVERMƏ AKSİYASINDA İŞTİRAK ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir