“Gecə saat 3-də deputatlar niyə yığışıb iclas keçirmədi?” deyənlərə züy tutanlar…”-FAZİL MUSTAFADAN QALMAQAL YARADACAQ SÖZLƏR, SƏRT İTTİHAMLAR…

Nə baş vermişdi ki, ölkənin bütün məmurları və deputatları xalqın qarşısında olmalıydı? Cəbhədə şəhidlərimiz vardı və normalda insanlar ağır döyüş əməliyyatı aparan Azərbaycan əsgərinə dəstək vermək üçün küçəyə axışdılar və təzahüratlarla dövlətə, orduya dəstək ifadə etdilər, şəhidlərimizi andılar. Bunun ardınca nə olmalı idi? Bu dəstəyi ifadə edən insanlar bu yürüşü niyyətlərinə uyğun yekunlaşdıraraq evlərini dağılışmalı idilər. Əvəzində nə oldu? Milli Məclisin qarşısında ləngiməyi qərara aldılar və birdən xatırladılar ki, buraya qədər gəlmişkən, elə mövzunu dəyişib siyasi düşüncəmizə uyğun davranaq. Bir də hər gün sosial şəbəkədə, televiziyada, konfranslarda, qəbullarda seçicinin qarşısında olanlar karantin qaydalarının pozulduğu qəfil bir yürüşdə gəlib harada durmalı idilər? Öncədən rəsmi icazə alınmış mitinqə kimsə söz vermişdimi gəlib çıxmadı?

Digər tərəfdən daha geniş sosial şəbəkə məkanında illərdir ölkənin əksər məsələləri ilə bağlı fikirləri soyuqqanlı şəkildə paylaşırıq və böyük bir qaragüruhçu kütlənin standartlarına tabe olmadığımıza görə, inandıqlarımızı söylədiyimizə görə təzyiqlərlə, təhqirlərlə, böhtanlarla qaşılaşırıq, həmin meydanda çıxış edib əksini söyləməyəcəkdik ki? Deyəcəydik ki; “ey insanlar, burada öz emosional dəstəyinizi verdiniz, dağılın evinizə, savaş burada getmir, cəbhə xəttində gedir, sənin, mənim əvəzimə ordumuz döyüşür, polisimiz də arxa cəbhədə koronavirusla döyüşür, onlara ən böyük dəstəyiniz intizamlı şəkildə dağılışaraq evinizə getmənizdir”, bunu eşitməyə hazır kimsə vardımı orada?Burada kimin qarşısına çıxmaq lazım idi? Məgər illərdir bizlər millət vəkili olaraq xalqdan gizlənmişik? Sosial şəbəkədə, televiziyada, mediada, konfranslarda, iclaslarda illərdir kimin önünə çıxırıq?

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

“Sizlərdən fərqli olaraq xalqın faydasına olanı kütlənin basqısına, etirazına rəğmən söyləyirik və arxasında da dururuq. İqtidara da xalqın marağına aid hər bir məsələni açıqca söyləyirik, tənqid edirik, təkliflərimizi veririk. Sadəcə, bunu qışqırıqsız, populizmdən uzaq formada edirik, çünki siyasi mühitin yumşadılmasına maraqlıyıq. Əlbəttə, Azərbaycanda iqtidarın nöqsanları da kifayət qədərdir, ona görə də hər dəfə islahat deyə naləmiz ərşə qalxır, ancaq bütün hallarda təlatümsüz dəyişikliyi ona görə önə çəkirik ki, orada bildiyiniz və bilmədiyiniz düşmən yenidən canımızdan nələrisə qoparmaq üçün marıqda yatıb.

O halda kimə mühazirə oxumaq lazım idi? Oraya kimsə əvvəlcədən razılaşdırılmış mitinqə gəlməmişdi, erməniyə etiraz üçün öz dövlətinə dəstək vermək üçün insanlar yürümüşdülər və birdən-birə daha başqa nə baş verməliydi? Buradan o tərəfə artıq Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı nələr edilməliydisə, bunlar da edildi. Sadəcə, növbəti fəlakət ona görə baş vermədi ki, yaxşı-pis bu gün nizami ordumuz var, döyüşdü, qan tökdü, qanı toküldü, ancaq düşməni durdurdu”-deyən millət vəkili iddia edib ki, məhz bu amil digər təxribatçı planların irəliləməsinin qarşısını aldı.

“Buradan maraqlı bir sual doğur, “gecə saat 3-də deputatlar niyə yığışıb iclas keçirmədi?” (yaddaşsızlıqdan unudublar ki, Milli Məclisin deputatları rəsmi məzuniyyətdədir) deyənlərə züy tutanlar, bəs sizlər niyə dəstəklədiyiniz təxribatçı qüvvənin önündə Bastiliya kimi zənn etdiyiniz Milli Məclisə “İnternasional” oxuyaraq daxil olmadınız? Sizlər ki, igid, şəxsiyyətli cəngavərlərsiniz, amozonkalarsınız, özünüzü deputatlardan çox ağıllı sayırsınız, daha xalqa yaxın sayırsınız, qaragüruhçuluğu, təxribatçılığı xalq hərəkatı deyə tanıtmağa çalışırsınız, o halda içəri daxil olub əlinizdəki bizlərə oxumaq üçün tövsiyə etdiyiniz müqəddəs kitablarla gecə saat 3-də küyləyib oraya tökdüyünüz gənclərlə maarifçilik işi aparardınız da! İndi sizlər hansı təxribatı, hansı antidövlət aksiyasını müdafiə etdiynizin fərqindəsinizmi?…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bərbərxanalar və gözəllik salonları-AÇILDI

Read Next

Hərbi hissənin qərargah rəisi qəzada öldü-BİR NEÇƏ HƏRBİ QULLUQÇU İSƏ XƏSARƏT ALDI – DSX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir