Gömrükçülər narkotik vasitəni ölkəyə gətirmək cəhdinin qarşısını aldı

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, vətəndaşın əl yüklərinə baxış zamanı onun çantasında 200 ədəd həb şəklində metadon adlı dərman preparatı aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 200 ədəd həbdə metadonun təsiredici maddəsi 4 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Ekoloji qanun pozuntuları ilə bağlı məhkəmələrə 6 iş göndərilib – NAZİRLİK

Read Next

Tanınmış xanəndə Bülbülcanın anadan olmasının 175 illiyi qeyd olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir