Goranboylu, Tatarlılı İkinci Vətən Müharibəsi Şəhidi qardaşı-BƏXTİYAR RZAYEVİN TOYUDUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Qəhrəman Goranboy rayonunun gözəl şadlıq saraylarından olan “Gülüstan”da Şəhid qardaşının toy məclisidir…

Daha bir Nur üzlü Şəhidimizin ailəsində gözəl gündür, toydur-büsatdır…

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Səməd Rzayevin tək və yeganə qardaşı, Şəhid, həm də Qazi bacısı və Şəhid anası Zərqələm xanımın tək və yeganə övladı Bəxtiyar Rzayevin Yarına qovuduğu, “dünya evi”nə girdiyi, yeni Azərbaycan ailəsinin təməlinin qoyulduğu gündür…

Məclisə, toy zalına Bəxtiyar Rzayevin anası, yaxınları, doğmaları, əzizləri, dost-tanışları, Tatarlı kənd sakinləri ilə yanaşı Goranboy Naftalanlı Şəhid ailələri, Qazilər, hərbçilər, yerli ziyalılar, Goranboy rayon İcra Hakimiyyətinin məsul işçiləri də daxil olurlar…

Və bəylə gəlin alqış sədaları altında toy zalına daxil olur, həzin musiqi sədaları altında rəqs edir, məclis iştirakçıları tərəfindən alqışlanırlar…

Sonra təbriklər, çıxışlar başlayır…

Şəhid qardaşının-bəyin anası, yaxınları, qız evinin doğmaları məclis iştirakçılarına, qonaqlara öz minnətdarlıq və təşəkkürlərini bildirirlər…

Sonra məclis iştirakçıları, qonaqlar da öz növbəsində bəylə gəlinin ailə üzvlərinə, Şəhid ailəsinə gözaydınlığı verir verir, yeni cütlüyü təbrik edir, onlara bir ömür boyu xoşbəxtlik, səadət və bəxtəvərlik diləyirlər…

Sonra bir-birindən gözəl mahnılar, musiqilər səsləndirilir, oxunur, gözəl rəqslər ifa edilir…

Həm sevincli, həm də zaman-zaman təsirli, duyğulu anlar yaşanır…

Bir sözlə, gözəl bir məclis yaşanır…

Və heç şübhəsiz ən çox sevinən, ən çox şadlanan Şəhid ruhu olur…

Ruhu məclisdə, ailəsinin, yeni cütlüyün başı üzərində dolaşır…

Ruhu şad və hər zaman tək anasına, ailə həyatı quran tək qardaşına, onun Yarına kömək olsun!

Min kərə Amin!

15:30

***

FOTOLAR:

16:59

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Zahid Orucla Razi Nurullayevin də prezidentliyə namizədliyi-QEYDƏ ALINDI

Read Next

Bu yollarda sıxlıq var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir