“Gün o gün olsun ki, üçrəngli müqəddəs zəfər bayrağımız Qarabağın zümrüd tacı Şuşa şəhərimizin ən uca zirvəsində dalğalansın!”-BƏYİMXANIM CAVANŞİROVA-VERDİYEVA YAZIR

Ulu öndərimiz, Azərbaycan dövlətçiliyinin memarı, qurucusu Heydər Əliyevin adı ilə bağlı bu gün-Milli Qurtuluş ğünü Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk edilmişdir.

Bu təqvim xalqımız dövlətimiz üçün böyük ictimai siyasi tarixi əhəmiyyətə malikdir.

Heydər Əliyevin hakimiyyətə qayıdışı milli barış, inkişaf dövrü olmuşdur ki, qısa zamanda daxili ictimai -siyasi vəziyyət nəzarət altına alındı, sabitlik bərqərar olundu, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı.

Ölkə daxilində separatçı qüvvələrin qarşısı alındı, iqtisadı problemlər əhəmiyyətli dərəcədə öz həllini tapdı.

İqtisadi sahəni tənzimləyən qanunlar qəbul edildi, xarici sərmayənin ölkəyə gəlməsi məqsədi ilə qanunvericilik sahəsi təkmilləşdirildi.

“Əsrin müqaviləsi” imzalandı, bu kontraktla Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu.

Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar.

Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərini Xəzər hövzəsinə gətirdi və yataqların birğə işlənməsinə nail oldu

“Əsrin müqaviləsi” çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı -Tbilisi- Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsi uğurlu həllini tapdı.

Xarici siyasətdə də mükəmməl addımlar ataraq, xeyli ikitərəfli, çoxtərəfli intensiv xarici səfərlər təşkil edərək, Azərbaycanı informasiya sahəsində təcriddən çıxarmağa nail oldu.

Dünya ictimaiyyətinə Ermənistanı bir işğalçı dövlət kimi tanıtdı və Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.

Xalqımızın milli mənəvi dəyərlərinin, o cümlədən, ana dilimizin qorunaraq yaşamasında tanınmasında misilsiz xidmətləri olmuşdur.

O cümlədən, istər istedadlı gənclərimizin, istərsə də ustad sənətkarlarımızın yazarlarımızın mədəniyyət xadimlərimizin dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmasında müstəsna xidmətlər göstərmişdir.

Ölkəmizdə idmanın inkişafına töhfələr verən, dünya idman arenalarında uğurlar qazanaraq, vətənimizin müqəddəs üçrənğli bayrağını ucaldan idmançı gənclərin yetişməsində böyük rolu olmuşdur.

2001-ci ildə Azərbaycan muğam sənətinin dərin özüllü sütunlarından olan dahi muğam ustadı, atam Xan Şuşinskinin anadan olmasının 100 illiyi ilə əlaqədar imzaladığı Sərəncam ilə böyük ustadın xatirəsini yad etmiş və sanki bu Sərəncamdan sonra Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən olan muğam sənətinə, muğam dünyasına diqqət daha da artmışdır.

Azərbaycanın müxtəlif bölğələrində elmin incəsənətin təhsilin inkişafına hər zaman böyük qayğı göstərmişdir.

Bunun bariz nümunəsi kimi 1969-cu ildə həyat yoldaşım, respublikanın Xalq artisti, tarzən Fikrət Verdiyevin Gəncədə yaratdığı “Göy-göl” ansamblına 1977-ci ildə “Göy-göl” Dövlət Mahnı və rəqs ansamblı statusu vermişdir ki, elə bu bazada da 1990-cı ildə Gəncə Dövlət Filarmoniyası yaranmışdır.

Bu gün Ulu öndərimizin vətənimizin dövlətimizin xalqımızın rifahı naminə gördüyü işlər onun layiqli uğurlu davamçısı-cənab Prezidentimiz İlham Əliyev və Azərbaycanımızın birinci vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən ləyaqətlə davam etdirilir.

Yaşasın xalqımız, yaşasın vətənimiz, yaşasın Ulu öndərimizin qurucusu olduğu dövlətimiz!!!

Gün o gün olsun ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında üçrəngli müqəddəs zəfər bayrağımız Azərbaycanın ayrılmaz, əzəli, əbədi, tarixi Qarabağ torpaqlarının zümrüd tacı Şuşa şəhərimizin ən uca zirvəsində dalğalansın!!!

Bəyimxanım Cavanşirova-VERDİYEVA,

Etikxeber.az

.

Read Previous

“Necə edək ki, düşdüyümüz vəziyyətdən asılı olmayaraq, media prinsipləri pozulmasın?”-ƏFLATUN AMAŞOV

Read Next

Koronavirus infeksiyasına 387 yeni yoluxma faktı qeydə alındı-4 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir