Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oktyabrın 22-də Gürcüstanın 2 seçki dairəsinin 4 məntəqəsində təkrar seçkilər keçirilib. Majoritar sistem üzrə keçirilmiş təkrar seçkilərdə namizədlərin heç biri lazım olan səs çoxluğunu toplaya bilməyib. Ona görə də oktyabrın 30-da həmin dairələr üzrə seçkilərin ikinci turu keçiriləcək.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanda oktyabrın 8-də keçirilmiş parlament seçkilərində 50 seçki dairəsində majoritar sistem üzrə namizədlər səslərin 50+1 faizini toplaya bilməmişdi. Gürcüstan Mərkəzi Seçki Komissiyası bunu nəzərə alaraq həmin dairələrdə ikinci turun keçirilməsi barədə qərar qəbul edib.
MSK-nın məlumatına görə, ikinci turda namizədlər adi səs çoxluğu ilə seçiləcəklər. Birinci turda hər bir namizəd 50+1 faiz səs qazanmalı idi. İkinci turda isə namizədlər sadə səs çoxluğu qazandıqları halda deputat seçiləcəklər. İkinci turda birinci turda ən çox səs toplamış iki namizəd iştirak edəcək.
İkinci tur majoritar sistem üzrə 50 dairədə keçiriləcək.
Etikxeber.az