Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hələ mart ayının birinci yarısında, Azərbaycanda koronavirus karantini elan olunmasına təqribən 4 həftə qalmış hakimiyyətə, şəxsən dövlət rəhbəri İlham Əliyevə müraciət edərək virusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün dərhal görülməli işlər barədə təkliflərimi vermişdim. Əsas təkliflərimdən biri də həbsxanaların qapılarının açılması, siyasi məhbusların, eyni zamanda xüsusi təhlükə törətməyən cinayətlərə görə məhkum edilənlərin, cəzasının əksəriyyətini çəkmiş məhbusların azadlığa buraxılmasının vacib olduğunu demişdim.
Etikxeber.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz sosial şəbəkə hesabında yazıb.
Qeyd edib ki, İranda, Rusiyada, Türkiyədə və başqa ölkələrdə onminlərlə məhbusun məhz, pandemiyanın təsirini azaltmaq məqsədi ilə azadlığa buraxılmasını xatırladıbmış.
“Dəfələrlə təkrar etdiyim bu təklif nəzərə alınmadı. İndi həbsxanalar virusun yayılma mərkəzinə çevrilir.Hər kəs bilir ki, həbsxalarda virusa yoluxanların sayı yalnız elan olunan 33 nəfərdən ibarət deyil və orada qalmayacaq. Hökmən ətrafa da yayılacaq…”-deyən A. Hacılı hakimiyyəti yanlış siyasətdən çəkinməyə, daha ciddi və məsuliyyətli addımlar atmağa çağırıb.
Etikxeber.az