“Həmin tikilinin təmir edilərək Rəşad Mahmudovun ev muzeyinə çevrilməsi məsələsini qərarlaşdırdıq”- MİLLƏT VƏKİLİ – FOTOLAR

Şəhidimiz Rəşad Mahmudovun anası Sevda Mahmudova ilə videobağlantı vasitəsi ilə söhbət etdik. Yeganə istəyi övladının qisasının alınması və bir də xatirəsinin əbədiləşdirilməsidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Şəhidimiz Rəşad özünə ev tikirdi, şəhadəti ilə tikili yarımçıq qaldı. Əlbəttə, dövlətimiz heç bir zaman şəhid ailəsinə qayğısını əsirgəməyib. Bu gün də Sevda ananın bütün qayğıları dövlətin, şəxsən cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir”-deyən millət vəkilinin sözlərinə görə, lakin biz də vətəndaş olaraq bu məsələlərdə aktiv olmalıyıq.

“Bu baxımdan, həmin tikilinin təmir edilərək Rəşad Mahmudovun ev muzeyinə çevrilməsi məsələsini qərarlaşdırdıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu, çox ciddi xəbərdarlıqdır, çoxları bundan ciddi dərs, nəticə çıxarmalıdır və su problemi minimuma endirilməlidir…”-DAHA BİR MİLLƏT VƏKİLİ SU PROBLEMİNDƏN VƏ “SU MÜŞAVİRƏSİ”NDƏN DANIŞDI

Read Next

Baş Prokurordan soydaşlarımıza olunan hücumlarla bağlı xarici ölkələrdəki həmkarlarına-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir