“Hər kəs zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl, sosial məsafəyə riayət, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir”-SPİKER NOVBƏTİ ONLAYN-QƏBUL KEÇİRDİ, ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ – FOTOLAR

Bu gün 98 saylı Şəmkir şəhər Seçki Dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Videoqəbulda millət vəkili seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib.

Etikxeber.az-ın xəbərinə görə, qeyd olunub ki, S.Qafarova seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlanıb, həmçinin ötən videoqəbullarda qaldırılan bir sıra məsələlər artıq öz həllini tapıb.

S. Qafarova qeyd edib ki, seçiciləri narahat edən məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir.

O, qeyd edib ki, son illərdə ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması, müasir təhsil, səhiyyə, mədəniyyət infrastrukturunun yaradılması, su və kanalizasiya xətlərinin yenilənməsi və bu qəbildən olan digər tədbirlər regionların inkişafında prioritet təşkil edib. O cümlədən, Şəmkir rayonunda da bu istiqamətdə davamlı olaraq genişmiqyaslı işlər görülüb.

Milli Məclisin deputatı xüsusi olaraq qeyd edib ki, hətta pandemiya şəraitində belə sosial layihələrin icrası davam etdirilir.

S. Qafarova həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək bildirib ki, ölkəmizdə bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilib.

O, bütün vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və tövsiyyələrə əməl etmələrinin vacibliyini vurğulayaraq deyib ki, hər kəs zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməli, sosial məsafəyə riayət etməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir.

Qeyd edək ki, görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.

Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib.

Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

Etikxeber.az

Read Previous

Maska taxmayanlar üçün cərimələr-İKİ DƏFƏ ARTIRILIR – DƏYİŞİKLİK

Read Next

“Əgər şimal iqlim qurşağında yaşasaydıq…”-SABİQ MİLLƏT VƏKİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir