Hava şəraiti yenidən pisləşəcək, yağış, qar yağacaq-XƏBƏRDARLIQ

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Etikxeber.az

Read Previous

26 oktyabrda yenə birlikdə öz həmrəyliyimizi, sarsılmzalığımızı nümayiş etdirdik, yenə birlikdə öz mesajımızı verdik-JALƏ ƏLİYEVA YAZDI

Read Next

Daha 2420 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir