Hazard üç ay yaşıl meydanlardan kənarda-QALACAQ

Futbol üzrə Belçika milli komandasının baş məşqçisi Roberto Martinez millinin və “Real Madrid” klubunun yarımmüdafiəçisi Eden Hazardın zədəsi barədə danışıb.

Etikxeber.az xəbər verir ki, 46 yaşlı ispaniyalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında E.Hazardın azı 3 ay meydana çıxa bilməyəcəyini deyib:

“Bizim “Real”ın tibbi personalı ilə yaxşı münasibətimiz var. Edenin durumundan narahatıq. Təəssüf ki, bu zədə “Mançester Siti” ilə oyun öncəsi oldu. Çünki bu zədə onu azı 3 ay futbolsuz qoyacaq. E.Hazard kimi futbolçu həmişə meydanda olmalıdır”.

Xatırladaq ki, La Liqanın XXV turunda “Levante” ilə matçda (0:1) zədələnən belçikalı futbolçunun ayaq biləyində sınıq aşkarlanıb.

Klubun rəsmi saytı onun azı iki meydana çıxa bilməyəcəyini açıqlayıb.

Etikxeber.az

Read Previous

“Zərdablılar sübut etdi ki, Vətən təkcə şəhid verən digər bölgələrdən-indiki halda Kəlbəcərdən ibarət deyil…” – ƏLÖVSƏT AĞALAROV

Read Next

“Çinlə sərhəddini qapadan Rusiya eyni addımı Azərbaycanla bağlı da ata bilər, buna hazır olmalıyıq” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir