“Heç birimiz vida nitqini sona çatdıra bilmədik…” – MUSA URUD YAZDI – FOTOLAR

…Şəhidimiz Seymur Ələsgərovu bu gün Gəncədən Cənnətə yola saldıq.

Bir igidimiz də göz bəbəyi kimi qoruduğu Vətən torpağına dovuşdu.

Sağ olsun Gəncə camaatını! Hamı ayaq üstdə idi. Seymur artıq hamının oğludur, bütün Azərbaycan xalqının övladldır. Sağ olsun Gəncə şəhərinin rəhbərliyini…dəfn mərasimini şəhid adının ucalığına layiq təşkil etdilər.

Sağ olsun Şəhidliyin uca zirvəsini yaylım atəşi ilə salamlayan hərbiçilərimizi və onların mərd komandiri Rasim Manafovu… Silahdaşları Seymurun xain və fəndgir düşmənə tuşlanan əmanət silahının susmayacağına söz verdilər.

Amma və yenə də…

30 yaşlı şəhidimizin gənc xanımının ürək parçalayan hıçqırlğı hamımızı əlacsızlığın qəhərində boğdu.

Heç birimiz vida nitqini sona çatdıra bilmədik…

Şəhidimizin hələ dil açmamış səkkiz aylıq körpəsi heç vaxt “ata” müraciətini etməyəcəkdir…

Şəhid anasının isə içəriyə axan göz yaşları ürəyindəki çatları suvarırdı…Şəhidin tabutuna bükülən üç rəngli ay – ulduzlu bayrağı əziz ciyərparəsinin son yadigarı kimi qəbul edərkən ANA-nın dediyi bir sadə cümələ bu böyük millətin qüdrətinin ifadəsi idi: TƏKİ VƏTƏN SAĞ OLSUN!!!

P.S Gəncənin Şəhidlər Xiyababında yanımda dayanan komandirə,- yəqin ki, şəhidimizin qanını yerdə qoymayacaqsınız”- dedikdə aldığım cavab məni xeyli toxtatdı və Ordumuzun qüdrətindən bir daha qürur duydum: – Seymurun qisasını artıqlaması ilə almışıq, onun şəhadətindən cəmi 2 saat sonra!!!

Musa QULİYEV (URUD),

Millət vəkili

Etikxeber.az

Read Previous

“Paşinyanın özü-özünü ifşa etməsini bir daha görmüş olduq” – HİKMƏT HACIYEV

Read Next

“İlham Əliyev prinsipiallığı, ardıcıllığı, qətiyyəti ilə özü ayrılıqda Qarabağ savaşı aparır” – ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir