Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən qərarlar insanların, ölkə vətəndaşlarının firavanlığını, sosial rifahını təmin edir.
Etikxeber.az xəbər verir ki, bu fikri deputat Eldəniz Səlimov deyib.
“Azərbaycanın dövlət siyasətinin əsas hədəfi insanların yüksək rifahının təmin olunması və firavan, təhlükəsiz yaşamasıdır”-deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərə nail olmaqla, ölkənin sosial-iqtisadi inkişafının davamlılığını təmin etdi , regionlarda abadlıq- quruculuq işlərinin aparılmasına şərait yaratdı.
“Prezidentimiz hər bir vətəndaşının yanındadır. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan ilk Dövlət Proqramı düz 14 il öncə- 2004-cü ildən başlayaraq həyata keçirildi və ötən müddət ərzində də 3 Dövlət Proqramının yüksək, uğurlu şəkildə icrası baş tutdu. Artıq bu ilin əvvəlindən 4-cü Dövlət Proqramının icrasının başlanıldı. Ümumiyyətlə, dövlət proqramlarının icrası nəticəsində regionlarımız xeyli inkişaf etdi. Şəhər və kəndlərimiz abadlaşdı, siması gözəlləşdi, büsbütün dəyişdi, müasirləşdi, insanların rahatlığı üçün hər cür şərait yaradıldı. Yeni iş yerləri yaradıldı, açıldı.
Konkret rəqəmlərlə ifadə etmiş olsaq, son 15 il ərzində 2 milyon yeni iş yeri yaradıldı. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artdı. Ölkə əhalisinin sayı isə 1,6 milyon artdı və bir müddət öncə 10 milyonu keçdi. Bu da çox gözəl göstəricidir. Yəni, əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Həmçinin, son 15 il ərzində, 2019-cu il də daxil olmaqla, maaşlar 9, pensiyalar 11 dəfə artırıldı. Minimum əmək haqları 130 manatdan 180, sonra isə 250 manata, pensiyaların minimum həddi isə 114 manatdan 160 manata, 160 manatdan 200 manata qaldırıldı. Üzücü iki devalvasiyadan sonra yaranmış problemli kreditlərin həlli istiqamətində tarixi addım atıldı, 3 ildən bu yana bütün cəmiyyəti narahat edən problemə son qoyuldu, 800 mindən çox insan intizardan, gərginlikdən qurtarıldı, 311 mindən çox məhkəmə işi ləğv edildi.
Eyni zamanda, son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edildi və ya yenidən tikildi, 640 tibb müəssisəsi tikildi və yenidən quruldu, bölgələrdə 44 olimpiya mərkəzi yaradıldı və məktəblərin, tibb müəssisələrinin, olimpiya mərkəzlərinin sırasına yeniləri əvəz olunmaqdadır. Həmçinin, son 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atıldı. Sahibkarlığın inkişafına böyük dəstək verildi. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötdü.
Bütövlükdə Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Azərbaycan sabitlik, təhlükəsizlik məkanına, adasına çevrildi.
Ölkə prezidentinin də bəyan etdiyi kimi, “Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur…”.
Bir sözlə, ölkəmiz müasirləşir, yeniləşir, demokratik təsisatlar inkişaf etdirilir. Bunun nəticəsində ölkəmiz siyasi, iqtisadi humanitar mərkəzə, dialoq məkanına çevrilib. Dünya gündəmində olan bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edirik. Eyni zamanda, Azərbaycan demokratik dəyərlərə və insan haqlarına sadiqdir. Bu da bizim öz könüllü seçimimizdir. Biz təhdid, təzyiq, diktə altında heç bir seçim etmirik. Artıq Azərbaycanla təhdid, təzyiq, diktə dilində danışmaq dövrü çox-çox geridə qalıb.
Bu gün Azərbaycan dünyanın hesablaşdığı, rəyini nəzərə aldığı güclü, qüdrətli, suveren, müstəqil bir məmləkətdir və bu yolla da irəliyə doğru əzmlə, qətiyyətlə addımlayır. Bu yolda da nə “siyasi mühacir”lər, nə “söyüş müxalifəti”, nə də onları körükləyən, alətə çevirən antiAzərbaycan dairələr bizə əngəl, mane ola biləcəklər. Heç nə alınmayacaq, heç bir cəhd baş tutmayacaq. Bu, mümkün deyil. Necə deyərlər, yel qayadan heç nə aparmayıb və apara bilməyəcək”-deyə, E. Səlimov sonda qeyd edib.
Etikxeber.az