“111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb…”- HESABLAMA PALATASININ SƏDRİ VÜQAR GÜLMƏMMƏDOV – YENİLƏNİB – (1) – FOTOLAR

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək.

Bu haqda Etikxeber.az-a adıçəkilən komitənin sədri Tahir Mirkişili məlumat verib.

Bugünkü clasda  Hesablama Palatasının illik hesabat məruzəsi müzakirə olunacaq.

Hesabat haqqında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verəcək.

Sonra komitə üzvləri sənədə münasibət bildirəcək və hesabat məruzəsi MM-in mayın 1-də keçiriləcək plenar iclasına tövsiyə ediləcək.

Qeyd edək ki, iclas onlayn deyil, əvvəlki formatda keçiriləcək.

08:57

***

Komitənin iclası başlayıb.

Hesablama Palatasının sədri V. Gülməmmədov hesabatı təqdim edib.

O, qeyd edib ki, 2019-cu ildə 47 audit 6 analitik fəaliyyət həyata keçirilib. 43 audit icmallaşdırılıb.

Ötən müddətdə 561 nöqsan aşkar olunub ki, bu da əvvəlki illə müqayisədə 21 faiz azdır.

V.Gülməmmədov bildirib ki, 2019-cu ildə 111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb. İntizam tənbehi ilə bağlı təkliflər müvafiq mərkəzi icra aparatlarına təqdim olunub.

O, həmçinin, əlavə edib ki, 2019-cu ildə ilk dəfə palata monitorinq fəaliyyəti həyata keçirib. Bundan başqa dövlət satınalmaları ilə bağlı 5 iş respublika prokurorluğuna göndərilib.

12.09

***’

Hesabat dinlənildikdən sonra onun ətrafında müzakirələrə başlanılıb, komitə üzvləri öz təklif və iradlarını bildiriblər.

Müzakirələrin sonunda hesabat məruzəsi plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sahibə Qafarovanı bu dəfə-AZƏR KƏRİMLİ ƏVƏZLƏYƏCƏK – “AVRONEST” PA-DA…- YENİLƏNİB

Read Next

Daha 39 yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir