Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanıldı – FOTO

Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb. Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilir.

Bu barədə Etikxeber.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metr olacaq.

Buraya keçidin 21,9 metr uzunluğunda olan pilləkən hissələri və 35,2 metr olan qalereyası daxildir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz ediləcək.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Keçiddə fiziki qüsurlu insanların hərəkəti üçün panduslar da quraşdırılacaq.

Etikxeber.az

Read Previous

Xəzərdə qəza baş verən ərazidə tapılan budka sudan çıxarıldı

Read Next

Kənd təsərrüfatı sahəsində 20 min yeni iş yeri yaradılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir