“İçində kövrəklik, qəhər və təəssüf dolu duyğuların yer aldığı yarımçıq bir xoşbəxtlik olsa belə…”-MİLLƏT VƏKİLİ 9 YAŞLI MƏHƏMMƏDDƏN YAZDI – FOTOLAR

Bu, 9 yaşlı balaca Məhəmməddir-İbrahimov Məhəmməd Nicat oğlu.

Anadangəlmə serebral iflic xəstəsidir.

Ötən il onunla tanış olarkən onu kiçik qardaşının uşaq arabasında görmüşdüm.

Valideynləri qucaqda gəzdirməyə çətinlik çəkdikləri üçün digər övladlarının köhnə, istifadəyə yararsız uşaq arabasından istifadə edirdilər.

Bu isə həm özlərinə, həm də artıq uşaq arabasına sığacaq yaşda olmayan Məhəmmədə böyük çətinlik yaradırdı…

Əlil arabası almağa isə ailəsinin gücü çatmırdı…Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyimiz müraciət cavabsız qalmadı.

Çox qısa müddətdə Zərdaba, balaca İbrahimov Məhəmməd Nicat oğlunun ünvanına ən müasir, çoxfunksiyalı əlil arabası göndərildi.

Müraciətimizə həssaslıqla yanaşan Nazirliyin bütün əlaqədar şəxslərinə təşəkkürümü bildirirəm.

Hörmətli nazir Sahil Babayevə, rayonla bağlı müraciətlərimizin həllində bizə heç vaxt köməyini əsirgəməyən nazir müavini, hörmətli Hidayət Abdullayevə minnətdarlığımı çatdırıram.

Bu gün Məhəmmədi görməyə gedərkən onun üzündəki gülüşü, sevinci görmək özü bir böyük xoşbəxtlik idi…

İçində kövrəklik, qəhər və təəssüf dolu duyğuların yer aldığı yarımçıq bir xoşbəxtlik olsa belə…

Allah bütün balalarımızı qorusun! Heç bir körpə sağalmaz xəstəliyə düçar olmasın. Amin!

Məhəmmədi görməyə gedərkən onun üzündəki gülüşü, sevinci görmək özü bir böyük xoşbəxtlik idi…

İçində kövrəklik, qəhər və təəssüf dolu duyğuların yer aldığı yarımçıq bir xoşbəxtlik olsa belə…

Allah bütün balalarımızı qorusun! Heç bir körpə sağalmaz xəstəliyə düçar olmasın.

Amin!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 601 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Read Next

“Ermənistan 30 il ərzində vurulmuş maddi və mənəvi zərərlərin kompensasiyasını ödəyərək, Azərbaycanla sülh özüllü yeni səhifə açmağa çalışmalıdır”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir