İcra başçısının müavini və məktəb direktoru məktəblini döydü-TƏHSİL NAZİRLİYİ ZORAKILIĞI PİSLƏDİ

Təhsil Nazirliyi Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.

Etikxeber.az-ın xəbərinə görə, bu, Təhsil Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir.

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-190 NƏFƏR…

Read Next

Mehdiyev və vəzifə başında olub, onun kimi bu dövlətə, bu millətə qənim kəsilənlər cəzalarını almalıdırlar!-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir