İdman mərc oyunlarını həyata keçirənlərə vergi güzəşti verilməyib – Ekspertin ŞƏRHİ

İdman mərc oyunlarını həyata keçirənlərə vergi güzəşti verilməyib.

Etikxeber.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul (Bayramov) öz “Facebook” statusunda yazıb.

Statusu olduğu kimi, təqdim edirik:
Əziz jurnalistlər və sosial şəbəkə istifadəçiləri, idman mərc oyunlarının həyata keçirilməsi ilə bağlı fəaliyyəti həyata keçirənlər bu dəyişiklikdən sonra vergidən azad olunmayacaqlar.

Bu fəaliyyəti həyata keçirənlər idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcısıdır. Vergi Məcəlləsinə görə, operator və satıcı dövriyyələrindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəycisidirlər (Maddə 218.4.2). Operator oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyirlər (220.9).
Milli Məclisin dünənki qərarı ilə vergidən azad olunması nəzərdə tutulan isə idman mərc oyunlarından əldə edilən uduşlardır ki, bu, Vergi Məcəlləsinin tələblərinə görə, muzdlu işə aid edilməyən qeyri-sahibkarlıq fəaliyyətindən (Maddə 99) əldə olunan gəlirlərdir. Uduş sahibinin ödədiyi vergi ödəmə mənbəyində ödənilən verginin bir növüdür ki, uduş məbləğinin 10%-ni təşkil edir.

Bir daha qeyd edirəm ki, burada idman mərc oyunlarının həyata keçirilməsi ilə bağlı fəaliyyətləri həyata keçirənlərə verilən hansısa vergi güzəştindən danışmaq olmaz. Vergidən azad olunma uduş sahiblərinə veriləcək (Məcəllənin 101.5-ci maddəsi çıxarılacaq), idman mərc oyunlarını təşkil edənlər isə əvvəlki kimi sadələşdirilmiş vergi ödəyiciləri olaraq qalacaqlar.

Etikxeber.az

Read Previous

Hərbi Hava Qüvvələrinin yeni poliqonu istifadəyə verildi – FOTOLAR

Read Next

Qardaş Türkiyə Respublika gününü qeyd edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir