“İkinci Vətən Müharibəsində yaralanmış hərbi qulluqçulardan artıq 1750-nə əlillik verilib”-ANAR BAYRAMOV

Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olanlardan, müharibə əlillərindən ibarət 4600 nəfərə reabilitasiya xidmətləri göstərilib.

Etikxeber.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

Bildirib ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçulardan artıq 1750-nə əlillik təyinatı aparılıb:

“Müasir tələblərə uyğun reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmət göstərilib. Artıq 140 hərbçi son nəsil protezlə təmin edilib. Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb və bu aydan yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq”.

Onun sözlərinə görə, postmüharibə dövründə əlavə olaraq 814 müharibə əlili 7706 reabilitasiya vasitəsi ilə təmin edilib:

“Reabilitasiya mərkəzində 1000 qazi və şəhid ailəsi üzvlərinə psixoloji seanslar həyata keçirilib”.

Sonra “Saxta əlilliklə mübarizə davamlı prosesdir”-deyən A. Bayramov bildirib ki, şübhəli hallarda əyani qəbullar keçirilir və bu zaman səhv ehtimalı minimum olur:

“Bu zaman “Forma 88”də məlumatların uyğunsuz olması, təhrif edilməsi aydın görünür. Həmin məlumatlar həm hüquq- mühafizə orqanlarına, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilir”.

A. Bayramov həmçinin qeyd edib ki, bu il saxta əlilliyə dair 266 nəfərlə bağlı Baş Prokurorluğa məktub göndərilib.

Etikxeber.az

Read Previous

Kürdəmirin və Üçoğlanın İkinci Qarabağ Şəhidi-ADƏM ƏLİYEV…UÇOĞLANDA ŞƏHİDİN ADINA KÜÇƏ VERİLMƏSİ, “ŞƏHİD BULAĞI”NIN TİKİLMƏSİ NƏZƏRDƏ TUTULUR… – FOTOLAR

Read Next

Daha 1783 yeni yoluxma-DAHA 32 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir